Futzal üzrə DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində sabah ilk oyununa çıxacaq Azərbaycan millisi bu gün matçöncəsi son hazırlığını keçirib.

Futbolinfo.az xəbər verir ki, təxminən 1 saat davam edən məşq zamanı taktiki planda çalışan futzalçılar standart vəziyyətlərin icrasına da vaxt ayırıb.

Məşqdən sonra millimizin baş məşqçisi Vitali Borisov federasiyanın rəsmi saytına komandanın son durumu haqda açıqlama verib:

“Son iki məşqimizi Rumıniyada keçirdik. Çox şükür, heyətimizdə zədəli futzalçı yoxdur. Komandanın durumu yaxşıdır. Oyunçular matça hazırdırlar. Taktiki planda müəyyən çalışmalar yerinə yetirdik. Bu gün videobaxış oldu və rəqiblə bağlı lazımi məlumatları oyunçuların diqqətinə çatdırdıq. Müdafiədə necə oynamalıyıq, pressinq zamanı hansı işləri görməliyik, hücumda nə etməliyik və s. Qalır verilən tapşırıqları icra etmək. Uşaqlara inanıram, onların üzərlərinə düşən işi görəcəklərinə əminəm. Təbii ki, komandanın qarşısına məqsəd qoyulub. Buradan qələbə ilə ayrılmaq, seçmə mərhələyə uğurla başlamaq istəyirik”.

Shares: