“Real”ın 4 oyunçusu azyaşlı bir uşağın daxil olduğu seks videosunu yayması şübhəsi ilə həbs edilb. Əvəzedici komanda olan “Kastilya”nın oyunçusu və madridlilərin “C” komandasının 3 üzvü “Votsap”da görüntüləri yaymaqda ittiham edilir və hüquq-mühafizə orqanları onların ifadəsini alıb.

Futbolinfo.az xəbər verir ki, idmançıları 2 ilə qədər həbs cəzası gözləyir. Zərərçəkənin videonun çəkilməsinə razılıq verməməsi durumunda 2,5-4 illik cəza nəzərdə tutulub, lakin görüntülərin yayılması müddəti 3,5-5 ilə çıxarır. Videonu lentə alan ayrıca 18-24 aylıq maaş həcmində cərimə də ödəməlidir.

Bütün bunların reallaşması üçün öncə qərar verilməlidir. Hazırda araşdırma davam edir.

Shares: