“Sabah” klubunun yeni transferi Ayaz Quliyev Azərbaycan vətəndaşlığı alıb. Bu barədə “Report”a AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.

Baş məşqçi Canni De Byazi tərəfindən dəvət alacağı təqdirdə onun Azərbaycan millisində çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, Ayaz Quliyev ötən ayın əvvəlində Rusiyanın “Ximki” klubundan transfer olunub. 27 yaşlı yarımmüdafiəçi qonşu ölkənin U-16, U-17, U-18, U-19 və U-21 yığmalarının formasını geyinib.

Shares: