Premyer Liqanın 6-cı turunun “Turan Tovuz” – “Qəbələ” oyununun biletləri satışa çıxarılıb.

Futbolinfo.az xəbər verir ki, biletləri bu gündən etibarən Tovuz şəhər stadionunun kassasından əldə etmək olar.

Qeyd edək ki, 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.

Oyun 17 sentyabr tarixində, saat 16:30-da Tovuz şəhər stadionunda baş tutacaq.

Shares: