“Arsenal”ın baş direktoru Vinay Venkateşam mövsümün sonunda London klubundan ayrılacağını açıqlayıb.

“Çətin bir qərardır, amma artıq başqa bir layihəyə qoşulmağın zamanı gəldi. İdarəetmə qaydasındadır, son günə qədər də işimə köklənəcəm və heç bir problemin yaranmasına imkan verməyəcəyəm. İndi vida etmək zamanı deyil, lakin mövsüm bitəndə bu olacaq”, deyə o, bildirib.

Venkateşam 2010-cu ildən bu yana “Arsenal”da çalışır.

Shares: