“Trabzonspor” Türkiyədə transfer pəncərəsi bağlanana kimi növbəti keçidi həll etmək istəyir. Qaradənizlilər Tyaqo Alkantaranı alıb azarkeşlərini sevindirmək niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, ardıcıl zədələr üzündən mersisaydlıların əsas heyətindəki yerini itirən Tyaqo komandadakı hazırkı rəqabətdən də narahatdır. O, forma şansı qazanmayacağından ehtiyatlanır və İngiltərə klubundan ayrılmaq istəyir. Klub rəhbərliyinə fikrini çatdıran Alkantara yekun qərarı gözləyir.

Lakin “Liverpul” mövsüm başladığı və yeni oyunçu almaq imkanı olmadığı üçün ulduzunu saxlamaq niyyətindədir. 32 yaşlı yarımmüdafiəçiyə transferin mümkün olmayacağı bildirilib. Lakin oyunçu qalan iki gün ərzində vəziyyətin dəyişəcəyinə ümid edir.

2020-ci ildə 7 il oynadığı “Bayern”dən 22 milyon avroya transfer edilən ispaniyalı qalacağı halda gələn il bitəcək müqaviləsinin müddətinin və maaşının artırılmasını şərt qoyub.

Shares: