Ceyms Meddison İngiltərə Premyer Liqasında avqustun ən yaxşı oyunçusu seçilib. “Tottenhem”in futbolçusu yeni klubunda ilk dəfə bu adı qazanıb.
Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi London klubunun yeni mövsümə uğurlu start verməsində mühüm rol oynayıb. 3 oyunda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalan Meddison liderlik xüsusiyyəti ilə də seçilib.
Ceyms “Tottenhem”ə bu yay “Lester”dən transfer olunub.
Avqustun ən yaxşı baş məşqçisi də “Tottenhem”dəndir. Ange Posteglou da londonluların uğurlu çıxışına görə bu ada layiq bilinib.