Qadın futbolçulardan ibarət Azərbaycan millisinin səfərdə Monteneqro yığmasına qarşı keçirəcəyi UEFA Millətlər Liqasının 2-ci turunun oyununa təyinatlar açıqlanıb.

Futbolinfo.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma İsveçdən olan hakimlər briqadasına tapşırılıb.

FİFA referisi Maral Mirzai Beniyə Kamilla Stendal və Tilde Larsson laynsmanlar qismində kömək göstərəcəklər.

Dördüncü hakim funksiyasını Hanna Layanen yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 26-də Podqoritsada keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Azərbaycan komandası sentyabrın 22-də Kipri qəbul edəcək.

Shares: