Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Tailandın “Buriram Yunayted” klubunda məhsuldar ötürmələr verib.

Futbolinfo.az xəbər verir ki, 27 yaşlı hücumçu “Trat”a qarşı keçirdikləri çempionatın 4-cü tur oyununda birinci və dördüncü qolun vurulmasında yaxından iştirak edib.

Matça start heyətdə başlayan Şeydayev 78-ci dəqiqədə əvəzlənib.

Qarşılaşma “Buriram Yunayted”in 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Shares: