Futbol üzrə Niderland birinci divizionunda 6-cı turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Alkmar”ın ikinci komandası ilə qarşılaşıb. Oyun qolsuz bitib – 0:0.

Ozan da bu görüşün iştirakçısı olub. O, 78-ci dəqiqədə meydana buraxılıb.

“Eyndhoven” hazırda 8 xalla 20 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp