Yayılan məlumata görə, Eliza Agilyar böyük ehtimalla İspaniya Basketbol Federasiyasının yeni rəhbəri olacaq.

Keçmiş basketbolçu namizəd olmamışdan əvvəl ehtiyac duyulan dəstəyi (assambleyanın 120 üzvü arasında ən azı 15%) alıb. Onun təşkilatın keçmiş rəhbəri, FİBA-da Avropa bölgəsinə başçılıq edən Xorxe Qarbaxozanın yerinə yeganə namizəd olacağı güman edilir.

46 yaşlı Agilyar əvvəllər İspaniya federasiyasında yarışların direktoru vəzifəsində çalışıb.

Səsvermə oktyabrın 2-də keçirilməlidir. Avqustda federasiyanın dörd vitse-prezidenti artıq Agilyarın namizədliyini dəstəkləyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp