Adətən fiqurlu konkisürmədə idmançıların ən yüksək bal toplamaları və daha uzun tullanışları diqqəti çəkir. Ancaq bu dəfə idman növünün antirekordu baş verib. Bu antirekord isə hindistanlı idmançı tərəfindən edilib.

Yeniyetmələrin Qran-Pri seriyasında çıxış edən Simar Bacac qısa proqramda texnikaya görə 0 bal alıb. Hazırda Yaponiyada keçirilən yarışda hindistanlı idmançının nəticəsi tarixdə ilk dəfə qeydə alınıb. Qısa proqramda çıxışına görə ona cəmi 5,51 bal verilib. Bu da adi üçlü lutsdan az deməkdir. Texnikaya görə isə Bacaca xal verilməyib. Maraqlıdır ki, fiqurlu konkisürmədə daha güclü olanlar sonlarda çıxış edirlər. Püşkatmaya əsasən isə son çıxış etmək hüququna Bacaca nəsib olub.

Əlavə edək ki, son illərdə fiqurlu konkisürmədə antirekordları məhz Hindistan idmançıları edir. 16 yaşlı Simar Bacacın məşq etmək üçün elə də normal imkanı yoxdur. İdmançı Qurqoan şəhərində yerləşən ticarət mərkəzinin buzu üzərində çalışır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp