Kristian Velinovski “Sumqayıt”da debüt edib.

Futbolinfo.az xəbər verir ki, 24 yaşlı şimali makedoniyalı yarımmüdafiəçi Misli Premyer Liqasının VI turunda şans qazanıb.

O, “Zirə” ilə səfər matçında (0:1) sonradan meydana çıxıb.

Kristian “Sumqayıt”ın tarixinə Premyer Liqada forma geyinən 200-cü futbolçu kimi düşüb.

Debütü 2011/12 mövsümündə gerçəkləşən və əvvəllər “Sumqayıt Şəhər” adı altında çıxış edən klub cari çempionatın startına qədər 190 oyunçuya güvənib. Əvvəlki 5 turda 9 debütantın meydana çıxdığı “Sumqayıt” Velinovski ilə “200”ə çatıb.

“Gənclik şəhəri” təmsilçisi bu göstəricidə 11-ci komandadır. Yalnız 10 komanda daha çox futbolçuya şans verib.

Shares: