Misli Premyer Liqasının 6-cı turunda keçirilən “Kəpəz” – “Səbail” matçında yerli azarkeşlər istefa şüarları səsləndirib.
Futbolinfo.az xəbər verir ki, buna səbəb Gəncə təmsilçisinin qarşılaşmada 0:2 hesabı ilə geridə olmasıdır.
Tərəfdarlar komandanın oyunundan narazılıq edərək baş məşqçini istefa verməyə səsləyib.
“Kəpəz”in təhlükəsizlik xidmətinin rəhbəri Elmar Əliyev isə fanatları susdurmağa çalışıb. O, azarkeşlərdən istefa şüarlarını dayandırmağı tələb edib.