Misli Premyer Liqasının 6-cı turunun “Kəpəz” – “Səbail” matçında yerli azarkeşlər istefa şüarları səsləndiriblər.
Futbolinfo.az xəbər verir ki, buna Gəncə təmsilçisinin qarşılaşmadan 0:3 hesablı məğlubiyyətlə ayrılması səbəb olub.
Tərəfdarlar komandanın oyunundan narazılıq edərək baş məşqçi Azər Məmmədovu istefa verməyə səsləyiblər.