“Neftçi”nin baş məşqçisi Adrian Mutu Premyer Liqanın 6-cı turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bizim üçün uğursuz matç alındı. Bir epizod buraxdıq, o da qola səbəb oldu. Nəticə də belə alındı. Halbuki, oyunda diqtə edən tərəf biz idik. Hər iki yarıda qol şanslarımız yarandı. Düzgün dəyərləndirə bilmədik.

Penaltini çıxmaq şərtilə, müdafiə xətti yaxşı oynadı. Rəqibin heç bir şansı olmadı. Dəyişikliklər olur. Amma sırf bu gün keçirilən “Araz-Naxçıvan”la görüşdə, rəqibə təhlükəli epizod vermədik. Sadəcə penalti oldu.

Qara Qarayev zədələndiyi üçün məcburiyyətdən onu dəyişdik. Başqa bir səbəb yoxdur. Ümumiyyətlə, oyun baxımından kifayət qədər normal idik. Penalti epizodu bizim üçün ağır nəticələndi. Ona görə də, daha diqqətli olmalıyıq. Xüsusən də, əks-hücumlarda. Rəqib 10 nəfərlə müdafiə olunurdu. Hər iki epizodda şans yaratdıq. Sadəcə, rəqib bütünlüklə müdafiə olunurdu.

Reziuan Mirzov və Lukas Melano bu gün debüt etdilər. Hər ikisi yenidir. Onlara adaptasiya üçün vaxt lazımdır. Bu gün də az oynadılar. Düzdür, tam istədiyimiz formada deyillər. Oyundan-oyuna formaya düşəcəklər, komandaya tam uyğunlaşacaqlar”.

Shares: