Formula 1 üzrə dünya çempionatının növbəti mərhələsi Sinqapurda davam edir. Təsnifat mərhələsi çox maraqlı alınıb.

İlk sessiyada Lens Strollun qəzası yarışda fasilə yaradıb. 30 dəqiqə sonra bərpa edilən yarışın ikinci sessiyasında gözlənilməz nəticələr qeydə alınıb. Çempionatın lideri olan “Red Bull” komandasının pilotları final sessiyasına yüksələ bilməyiblər. Ferstappen 11, Peres isə 13-cü nəticə göstərib.

Onların yoxluğunda final sessiyasında gərgin anlar yaşanıb. Cümə günü də çox sürətli olan Karlos Sayns sıralama turunu birinci yerdə başa vuraraq “Ferrari” azarkeşlərini sevindirib. O, “Mersedes”dən olan Corc Rasseli 0.072 saniyə qabaqlayıb. “Ferrari”nin digər pilotu Şarl Lekler üçüncü olub. Onlardan sonrakı yerlərdə Norris, Həmilton, Maqnussen, Alonso, Okon, Hülkenberq və Louson qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp