Futbol üzrə Cənubi Koreya çempionatında 30-cu turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Ulsan Hyundai” ilə qarşılaşıb. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə bitib.

Anton da bu görüşün iştirakçısı olub. O, 71-ci dəqiqədə meydana buraxılıb.

“Daejeon” hazırda 38 xalla 8-ci pillədə qərarlaşıb.

Shares: