Türkiyənin 1-ci liqasında 5-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor” bu turda “Çorum”u qəbul edib.

Diniyev 0:3 hesabıyla uduzduqları bu oyunun 46-cı dəqiqəsindən etibarən meydanda olub.

“Ümraniyəspor” hazırda 2 xalla 17-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp