İtaliya, İsrail, Bolqarıstan və Şimali Makedoniyanın qəbul etdiyi kişilər arasında voleybol üzrə Avropa çempionatına yekun vurulub. Finalda italyanlarla Polşa milli komandası qarşılaşıb.

Son çempion İtaliya yığması evdə oynamasına baxmayaraq, 0:3 (20:25, 21:25, 23:25) hesabı ilə məğlub olub. Ötən çempionatda gümüş medal qazanan polyaklar sonuncu dəfə 2009-cu ildə Avropa çempionu olmuşdular.

3-cü yer uğrunda oyunda Sloveniya Fransadan üstün olub. Onlar 3:2 hesabı ilə qalib gəlməklə bürünc medal qazanıblar.

Xatırladaq ki, çempionata avqustun 28-də start verilmişdi. Turnirdə 24 komanda iştirak edirdi.

Shares: