Sinqapur qran-prisinin təsnifat mərhələsində 1 və 3-cü yeri tutan Karlos Saynsla Şarl Lekler yarış zamanı komanda taktikasına riayət dəcəklərini bildiriblər.
Karlos Sayns: “Trassın xaraketeristikası Monzadakı kimi deyil. Bu da gərgin və ötmələrlə zəngin bir yarış olmayacağından xəbər verir. Təsnifat çox maraqlı keçdi. Belə bir mübarizədə iştirak etmək mənə zövq verirdi. Yarış zamanı məqsədimiz ilk iki sıranı tutmaqdır. Əminəm ki, komanda da məhz bunu əsas götürəcək”.
Şarl Lekler: “Karlosla razıyam. Monza trassı əsl mübarizə meydanıdır. Bura isə tamamilə fərqlidir. Fikrimcə, “Mercedes”in təzyiqini hiss edəcəyik. Digərləri geri qalsalar, buna mən çox ümid edirəm, komandanın verəcəyi qərar maraqlı olacaq. Sözsüz ki, komanda nə deyirsə , biz də onu etməliyik”.
Xatırladaq ki, ardıcıl iki yarışdır ki, “Ferrari” pilotları təsnifatda ilk üçlükdə olur. Keçən yarışda onlardan biri, Karlos Sayns podiumun 3-cü pilləsinə yüksələ bilmişdi.