Bu gün Misli Premyer Liqasında 6-cı tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, turun son matçında “Qarabağ” “Sabah”la üz-üzə gəlib. Ağdam təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.

Daha öncə “Zirə” “Sumqayıta” (1:0), “Araz-Naxçıvan” “Neftçi”yə (1:0), “Səbail” isə “Kəpəz”ə (3:0) qalib gəlib. Bu gün baş tutan “Turan Tovuz” – “Qəbələ” matçında da heç-heçə qeydə alınıb – 2:2.

Misli Premyer Liqası
6-cı tur

17 sentyabr

“Qarabağ” – “Sabah” 2:0
Qollar: Olavio Juninyo, 56. Hamidu Keyta, 88.
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30

Qarabağ: 89. Amin Ramazanov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 99. Andrey Lunyov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
Sabah: 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 7. Boyan Letiç, 44. Sofian Çakla, 18. Davit Volkov, 3. Con İrasabal, 28. Kahim Parris.
Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 70. Jesse Sekidika, 19. Emmanuel Apeh, 12. Vensan Till, 27. Jarl Marqarita.
Baş məşqçi: Murad Musayev.

Shares: