“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 6-cı turunda səfərdə “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Qarabağ” bizdən daha yaxşı idi. Layiqli qələbə qazandılar. Bu məğlubiyyətdə mənim günahım var, özümü günahkar hesab edirəm. Davit Volkovun çox qol epizodu olmur. Bu gün də olmadı, keçən oyunda da. Ötən mövsüm bombardirlərimiz cinah oyunçuları olub. Problem tək Volkovda yox, bütün futbolçulardadır.

Optimal heyəti müəyyənləşdirmək üçün bizə nə qədər vaxt lazım olmağı ilə bağlı söz verə bilmərəm. Mən özüm meydana çıxıb futbol oynamıram. Amma bilirəm ki, bu vəziyyəti düzəltmək üçün çox işləməli, baş verən bəzi şeyləri də dəyişməliyik”.

Shares: