“Atletiko” ciddi itki ilə üzləşib. Madridlilər əsas heyət üzvlərindən birini uzun müddətə itirib.
Futbolinfo.az xəbər verir ki, Tomas Lemar Axill dabanındakı problem üzündən 5-6 ay yaşıl meydanlardan uzaq qalacaq. Klubdan xəbəri təsdiqləyiblər. Futbolçu təcili əməliyyat olunub.
2018-ci ildə “Monako”dan İspaniya klubuna gələn 27 yaşlı fransalı yarımmüdafiə xəttinin önəmli simalarından sayılır. O, klubla müqaviləsini ötən il yeniləyib və 2027-ci ilin yayına kimi Madriddə qalmalıdır.