Formula 1 üzrə dünya çempionatının 16-cı mərhələsi geridə qalıb. Şənbə günü baş tutan təsnifat mərhələsində birinci olan Karlos Sayns çətin keçən yarışda qələbə qazana bilib. Startdan liderliyini qoruyan ispan sürücü sona qədər öndə qalmağı bacarıb.

Ümumilikdə yarış çox maraqlı alınıb. Bunun da səbəbi çempionatın lideri olan “Red Bull” komandasının Sinqapur trasında zəif olmasıdır. 11-ci yerdən yarışa start verən Maks Ferstappen rəqiblərlə müqayisədə fərqli strategiya seçib. Daha sərt təkərlərlə start verən “Red Bull” sürücüləri hamıdan gec pit-stopa yollanıblar. Lakin bu, onlara ciddi üstünlük verməyib . Əvvəlcə Loqan Sarjintin qəzasına görə trassa çıxan təhlükəsizlik maşını ardıcıl pit-stopların gerçəkləşməsinə səbəb olub.

Bir müddət sonra Esteban Okonun maşınında problem yaşanıb. Buna görə “Virtual təhlükəsizlik maşını” rejimi elan edilib. Burada “Mercedes” komandası rəqiblətini aldatmağa çalışıb. Lakin onların strategiyası da ciddi nəticə verməyib. Əvəzində “Maklaren”dən Lando Norris bir pillə qazanıb. Lüis Həmilton isə yarışı 3-cü yerdə başa vurub.

Bu mərhələdən sonra turnir cədvəlində dəyişiklik olmayıb. Maks Ferstappen və “Red Bull” komandası böyük fərqlə liderdir.

Shares: