UEFA prezidenti Aleksander Çeferin hesab edir ki, güclü futbolçuların Səudiyyə Ərəbistanına kütləvi şəkildə getməsi tendensiyası uzun sürməyəcək. O, Avropanın aparıcı klublarından “qaçış”ın tezlklə dayanacağına əmindir.
“Düşünürəm ki, Səudiyyə Ərəbistanı ilə bağlı olan bu tarix nisbətən qısa olacaq. Dəfələrlə demişəm: fikrimcə, bu, futbolun inkişafına yanlış yanaşmadır. Avropada praktiki olaraq karyerasını başa vurmuş oyunçuları cəlb etməklə, sadəcə, futbolu inkişaf etdirmirsiniz. Çin bir neçə il əvvəl eyni şeyi etdi, lakin onların komandası hələ də dünya çempionatına vəsiqə qazana bilmədi. Ona görə də mən hərəkətlərimizdə Səudiyyə Ərəbistanına əhəmiyyət vermirəm”, – o deyib.
Çeferin əlavə edib: “Biz bir növ, Çinlə müqayisədə həqiqətən fərqli səviyyədən danışa bilərik, ən azı oyunçulara gəldikdə. Lakin pul məbləğlərinin səviyyəsi çox da fərqli deyil. Çox böyük futbolçu olan Karlos Tevesin Çində artıq 100 milyon dollarlıq müqaviləsi var idi. Bu gün rəqəmlər yəqin ki, bir az daha çoxdur, lakin mən Erlinq Haland və Kilian Mbappe kimi gənc məşhurların Səudiyyə Ərəbistanına səyahət etməkdə maraqlı olduğunu görmürəm”.