UEFA prezidenti Aleksander Çeferin etiraf edib ki, Rusiya milli komandaları və klubları Ukraynada müharibə bitənə qədər Avropa yarışlarına qaytarılmayacaq. Bu barədə “Sportklub” məlumat yayıb.

“Rusiya nəvaxta qədər Avropa rəqabətindən kənarda qalacaq? Ukraynada müharibə bitənə qədər”, – Çeferin bildirib.

Xatırladaq ki, 2022-ci ilin yazında FİFA və UEFA Rusiya millisinin, eləcə də bütün Rusiya klublarının bu təşkilatların nəzarətində olan bütün yarışlarda iştirakını dayandırmaq qərarına gəlib.

Çeferin Çempionlar Liqasının final oyununun Səudiyyə Ərəbistanında keçirilmək ehtimalı haqda da danışıb: “Çempionlar Liqasının finalının Ər Riyadda keçirilməsi ilə bağlı ehtimal yoxdur. Bir dəfə müsahibə verəndə ÇL-in finalının növbəti 20 il ərzində Nyu Yorkda keçirilə biləcəyi barədə soruşmuşdular. Cavabımda belə ehtimalın olduğunu demişdi. Növbəti gün manşetlərdə 2026-cı ildə finalın Nyu Yorkda olacağını gördüm. İndi isə nə Cakarta, nə də Ər Riyad variantları haqda eyni sözü deməyəcəyəm, belə ehtimal yoxdur”.

Shares: