İsveç idmançısı Armand Duplantis şüvüllə tullanmada yeni dünya rekordu müəyyənləşdirib.
Futbolinfo.az xəbər verir ki, “Birlliant Liqa”nın ABŞ-nin Yucin şəhərində keçirilən mərhələsində o, 6,23 metr nəticə ilə qalib gəlib.
Qeyd edək ki, bundan əvvəlki rekord da məhz ona məxsus idi. Bu ilin fevralında isveçli atlet 6 metr 22 sm hündürlüyə tullana bilmişdi.
Xatırladaq ki, Duplantis olimpiya və ikiqat dünya çempionudur.