“Böyük dəbilqə” seriyalı turnirlərin ikiqat qalibi Karlos Alkaras 2024-cü il Olimpiadasını buraxa bilər.

Futbolinfo.az xəbər verir ki, ispaniyalı tennisçi Olimpiya oyunlarında iştirak şərtlərini yerinə yetirməmək təhlükəsi ilə üzləşib. Kriteriyalara əsasən, olimpiya tsikli ərzində “Devis kuboku”nda ən azı iki oyun keçirməlisən. Bu oyunlar da son iki il ərzində olmalıdır.

Qeyd edək ki, bu il Alkaras İspaniya yığmasının heyətində turnirdə iştirak etməyib. “Devis kuboku”nun səkkiz komandadan ibarət finalı İspaniyanın Malaqa şəhərində keçiriləcək. Lakin ispanlar gözlənilmədən təsnifat mərhələsində məğlub olaraq orada oynamaq hüququ qazana bilməyiblər.

Olimpiadaya qədər planlaşdırılan yeni “Devis kuboku”nda da İspaniya millisi iştirak etməyə bilər. Bunun isə səbəbi komandanın yüksək reytinqə malik olması və ilk mərhələlərdən azad edilməsidir. Bütün bunlar Alkarasın Olimpiadada iştirak etməyəcəyi anlamına gəlir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp