“Neftçi”nin futbolçusu Ataa Caber Fələstin millisini seçməsinin səbəbini izah edib.

Futbolinfo.az xəbər verir ki, “arabnews.com” saytına açıqlama verən 28 yaşlı yarımmüdafiəçi seçimindən məmnun olduğunu bildirib.

İsrailin U-21 yığmasının sabiq üzvü bu addımının bir çox oyunçuya kömək olacağını düşünür: “Bir çox səbəblərə görə Fələstin millisini seçmək qərarına gəldim. Birincisi, fələstinliyəm. Ən əsası isə “Yaşıl Xətt”dəki oyunçulara bu seçimin onlar üçün əlçatan olduğu mesajını vermək istədim. “Yaşıl Xətt” daxilində fələstinli oyunçular arasında qorxu var. Çünki belə bir qərarın verilməsi onların əsas gəlir mənbəyini kəsə bilər. Xüsusən də ölkə xaricində oynamırlarsa”.

Ataa Caber İsraildə olarkən onlara bəzi şeylərin öyrədildiyini vurğulayıb: “İsraildə ərəb oyunçulara idmanın siyasətə qarışmamasını, milli himni oxumağınıza ehtiyac olmadığını izah edirlər. Ancaq Şeyx-Carrahda başverənlərdən sonra anladım ki, siyasəti idmandan ayırmaq mümkün deyil”.

Qeyd edək ki, Ataa Caber bu ildən Fələstin millisində çıxış edir. O, iyun və avqust aylarında ümumilikdə 4 yoldaşlıq görüşündə meydana çıxıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp