Futbol üzrə Azərbaycan I Liqasında mübarizə aparan “Karvan” növbəti turun hazıelıqlarını davam etdirir. İlk turda inamlı qələbə qazanan yevlaxlılar uğurlu başlanğıcın davamını gətirmək niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, komandanın son məşqində hazırlığa qatılan 18 futbolçu əvvəlcə yüngül qaçış və isinmə hərəkətləri edib. Ardınca onlar müxtəlif texniki və taktiki təmrinlər üzərində işləyiblər. Bundan sonra baş məşqçi Kənan Kərimov futbolçuları qruplara bölərək standart vəziyyətlər üzərində çalışıb. Hazırlıq futbolçuların cinahlardan asma və uzun ötürmələri ilə başa çatıb.

c317c55b 8fb3 4b96 92a6 930fc365ebc5 - Futbolinfo.az

Məşqdən sonra Kərimov hazırlıqla bağlı məlumat verib.

Qeyd edək ki, “Karvan” 2-ci turda səfərdə “İrəvan” klubu ilə qarşılacaq. Turun əsas oyunu sentyabrın 20-i, saat 13:00-da baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp