“Manşester Yunayted” daha bir müdafiəçisini itirib. Aaron Van-Bissaka zədə üzündən bir neçə həftəlik sıradan çıxıb.

Futbolinfo.az xəbər verir ki, 25 yaşlı Konqo əsilli ingiltərəli müdafiəçi “Brayton”la son tur matçına zədələnib. Oyunçunun dəqiq neçə gün mydanlardan uzaq qalacağı yekun həkim yoxlamasından sonra bəlli olacaq.

Sağ kənar müdafiəçisinin sıradan çıxması onsuz da yaxşı durumda olmayan komandanın baş məşqçisi Erik ten Haqa əlavə problem yaradıb. Sol cinahda Lük Şounun da eyni səbəbdən uzun müddət olmayacağı ingilisləri vacib oyun öncəsi qayğılandırır. “Mançester Yunayted”in əsas çətinliyi Çempionlar Liqasında “Bayern”lə qarşılaşmada olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp