Sentyabrın 19-da Meksikanın Verakrus ştatında keçiriləcək Qran-pridə Azərbaycanın üç parataekvondoçusu mübarizə aparacaq.
Futbolinfo.az xəbər verir ki, baş məşqçi Fərid Tağızadə turnirdə Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərliyə (80 kq) şans verəcək.
Hər 3 idmançı K-44 kateqoriyasında qüvvəsini sınayacaq.
Bu parataekvondoçular ardınca eyni məkanda dünya çempionatına da qatılacaqlar. Mundial 21-24 sentyabrda gerçəkləşəcək.