Türkiyə Super Liqasında 5-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Fatih Karagümrük”lə qarşılaşıb. Oyun qolsuz bitib – 0:0.
Renat da bu görüşün iştirakçısı olub. O, 63-cü dəqiqədə meydana çıxmaqla Hatay klubunda debüt edib.
“Hatayspor” hazırda 7 xalla 8-ci pillədə qərarlaşıb.