Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Futbolinfo.az xəbər verir ki, ikinci yarış günündə 57, 74, 79 və 92 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə qoşulub.

Turan Bayramov (74 kq) Bəhreyn Bəhreyn təmsilçisi Maqomedrasul Asluyev (10:0) və qırğızıstanlı Arsalan Budajapovu (tuş) tam üstünlüklə mübarizədən kənarlaşdırıb. Gəncə güləş məktəbinin yetirməsi 1/4 finalda türkiyəli Soner Demirtaşla gərgin keçən qarşılaşmadan minimalhesablı (5:4) üstünlüklə ayrılaraq yarımfinala yüksəlib. Finalın bir addımlığında rusiyalı olimpiya və 2 qat dünya çempionu Zaurbek Sidakovla bacarmayan (1:5) Bayramov bürünc medal uğrunda serbiyalı Hetik Çabolovla güləşib. Gərgin mübarizə şəraitində keçən qarşılaşma yerli publikanın sevimlisinin 6:4 hesablı qələbəsiylə başa çatıb. Turan Olimpiadaya lisenziya uğrunda yunanıstanlı Avropa çempionu Georgios Kuqiumtsidislə güləşib. İlk hissəni 8:0 öndə tamamlayan həmyerlimiz ikinci hissədə məğlubiyyətdən qaça bilməyib – 8:9.

Orxan Abasov (79 kq) debütdə iranlı İman Mahdavini məyus edib – 6:3. Abasov daha sonra ermənistanlı Arman Avaqyana “tuş”la qalib gələrək 1/4 finala yüksəlib. Orxan amerikalı Çandler Marstellerə də gücünü göstərərək 9:3 hesablı qələbəylə adını yarımfinala yazdırıb. Ancaq debütant rusiyalı Axmed Usmanova 0:3 hesabıyla məğlub olub və ümidini bürünc medala bağlayıb. Ancaq iranlı Məhəmməd Noxodilarimiyə müqavimət göstərə bilməyib – 0:10.

Mübarizəyə 1/8 finaldan qoşulan Osman Nurmaqomedov (92 kq) ukraynalı Denis Sahaliuk (10:0) üzərində inamlı qələbənin ardınca amerikalı Zahid Valensiyadan güclü olub – 5:1. Təmsilçimiz yarımfinalda yaponiyalı Araş Yoşidaya da heç bir şans tanımayıb – 10:0. Nurmaqomedov həlledici görüşdə qazaxıstanlı Rizabek Aitmuxanla qarşılaşıb. Dramatik keçən final görüşündə rəqibinə 2:5 hesabıyla məğlub olan Osman gümüş medalla kifayətlənib.

Shares: