“Barselona”nın yarımmüdafiəçisi Pedri zədəsini sağaltmayıb. Bir müddət öncə sıradan çıxan futbolçunun dönüşü bu ay reallaşmayacaq.

Futbolinfo.az xəbər verir ki, həkimlər aparıcı oyunçunu tez sağaltmaq üçün səfərbər olub. Baş məşqçi Xavi onu tezliklə sərəncamında görmək istəyir. İspan çalışdırıcı futbolçunun formaya düşməsini və “Real”la əsas qarşılaşmaya tam hazır olmasını arzulayır.

Xatırladaq ki, mövsümün ilk “El Klasiko”su oktyabrın 28-də baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp