“Zirə”nin müdafiəçisi Ruan Renato hələ titul haqda düşünmür. Braziliyalı müdafiəçi futbolinfo.az saytına açıqlamasında hazırda yalnız növbəti matça kökləndiklərini bildirib.
Renato zirvədə qərarlaşmaqlarını sürpriz saymır: “Təəccüblənmirəm, gözlənilməz də deyil, çünki hansı əziyyətləri çəkdiyimizi, hər oyuna necə ciddi yanaşdığımızı bilirəm. Biz titullar və cədvəldəki mövqeyimiz haqqında düşünmürük. Həmişə növbəti oyuna köklənirik. Hazırlaşırıq ki, növbəti turda qələbə qazanmalıyıq, xallar əldə etməliyik. Hazırda “Zirə”nin məqsədi meydana çıxdığı matçlarda qalib gəlməkdir. Çempionatın sonunda bu düçüncələrin bizi hara apardığını görəcəyik”.
Ruan yeganə məğlubiyyəti aldıqları “Qəbələ” barədə də danışıb: “Hamı bilir ki, “Qəbələ”yə böyük sevgim var. Orada çox gözəl iki il keçirdim. Amma bu gün “Zirə”nin rənglərinə bağlıyam və bu komandanın uğurları üçün çalışıram. Həmin məğlubiyyət məni çox üzdü. Çünki bu il yeganə matç idi ki, komanda istədiyini edə bilmədi. Amma inanıram ki, həmin oyundan çox şey öyrəndik. Bu oyun göstərdi ki, hər oyunda əlimizdən gələni etməsək, qalib gələ bilməyəcəyik”.