“Kəpəz”in futbolçusu Mate Kvrikviyanın futbolinfo.az saytına müsahibəsi

– “Səbail”lə evdə uduzdunuz. 0:3 hesablı məğlubiyyəti necə şərh etmək olar?

– Bu nəticə hamı üçün çox pisdir. Açığı, durumu utancverici adlandırardım. Azarkeşlər üçün meydana çıxıb vəziyyəti düzəltməliyik. Növbəti oyunlarda qalib gəlməliyik.

– Çempionatın əsas favoritlərindən “Neftçi”ni məğlub etdiniz, “Qarabağ”dan xal aldınız, amma digər oyunlarda xallar itirdiniz, evdə məğlub oldunuz. Belə qəribəliyin, qeyri-sabitliyin səbəbi nədir?

– Bəli, liderlərdən xal aldıq, amma əsas rəqiblərə uduzduq. Heç nə demək olmur, bu, bizim günahımızdır. Çox danışmaq olmur. Səhvlərimiz var, olanların üzərində işləməli, düzəltməliyik.

– “Kəpəz” evdə 3 oyundur ki, uduzur. Bu vəziyyəti necə dəyişəcəksiniz?

– Bundan çıxmaq üçün yollar axtarmalıyıq, çalışmalıyıq. Əlimizdən gələni etməliyik ki, hər şey yaxşılığa doğru dəyişsin. Buna ümidimiz də, potensialımız da var.

– Azarkeşlər artıq durumdan ciddi narazıdır…

– Onların narazılığı haqlıdır. Evdə ardıcıl 3 oyunda uduzduq. Özümüzü tənqidə layiq sayıram. Bizim borcumuz onlara qulaq asmaq, nəticə çıxarmaq və gələcəkdə səhvlərə yol verməməkdir.

– Qarşıda “Sabah”la çətin oyun var. Nəticə qazanmaq mümkün olacaq?

– “Sabah” da bizim kimi qələbə qazana bilmir. Biz də çox oyun itirmişik. Oyunlar çətin keçsə də, qələbə qazanmağa çalışacağıq. Səfərdə qalib gəlmək istəyirik.

ABBAS

Shares: