Yulian Naqelsmann Almaniya millisindən imtina edib. 36 yaşlı mütəxəssis bundestimin baş məşqçisi olmaq stəmir.
Futbolinfo.az xəbər verir ki, bu posta ən real namizəd olan çalışdırıcı yerli federasiyanın maliyyə təklifi ilə razılaşmayıb. Belə ki, o, illik 4 milyon avro maaşı yetərli saymayıb. Danışıqlar məşqçi tərəfindən birtərəfli qaydada dayandırılıb.
Xatırladaq ki, Hans-Diter Flikin istefaya göndərilməsindən sonra Almaniya millisinin baş məşqçi postu boşdur. Naqelsmanndan sonra sas namizəd kimi Matias Zammerin adı çəkilir. Amma son xəbərlərə görə, federasiya Yulianla ortaq məxrəcə gəlmək üçün daha bir cəhd edəcək.