Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, sözügedən komanda 4-cü tur çərçivəsində səfərdə “Partizani” ilə qarşılaşıb.

Oyun 1:1 hesabı ilə başa çatıb. İsgəndərli bu oyuna start heyətdə başlayıb və 72-ci dəqiqədə əvəzlənib. O, 27-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

“Eqnatiya” hazırda 7 xalla 2-ci pillədə qərarlaşıb.

Shares: