“Barselona” bu gün üz-üzə gələcəyi “Antverpen”in yarımmüdafiəçisinə elçi düşüb. İspaniya nəhəngi Artyur Vermereni heyətinə qatmaq istəyir.
Futbolinfo.az xəbər verir ki, bir çox qitə klubunun, xüsusilə də Almaniya təmsilçilərinin maraq göstərdiyi oyunçuya “Barsa” da biganə deyil. 17 yaşlı oyunçunun taleyinə bu qarşılaşma ciddi təsir göstərəcək. Belçika klubunun start heyətində yer alan Vermeren rəqib məşqçilərn diqqət mərkəzində olacaq.
Futbolçunun menecerləri matçın ardından “Barselona” rəhbərliyi ilə qışda mümkün transfer barədə müzakirə aparacaq. Belə bir görüş planlaşdırılır.