Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında ikinci yeri tutub.

Futbolinfo.az xəbər verir ki, 97 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Bəhreyn təmsilçisi Axmed Tajudinova məğlub olub.

Bununla Maqomedov dünya çempionatının gümüş medalını qazanıb.

Xatırladaq ki, Maqomedxan Maqomedov finala yüksəlməklə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Alyona Kolesnik (59 kq) isə bu gün əvvəlcə təsəlliverici görüşdə macarıstanlı Tamara Dollakı vaxtından əvvəl mübarizədən kənarlaşdırıb – 10:0. Alyona bürünc medal uğrunda qarşılaşmada amerikalı Cenifer Rocersə “tuş”la uduzub və 5-ci yeri tutub.

Shares: