UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib.
Futbolinfo.az xəbər verir ki, bu gün E, F, G və H qruplarında 1-ci turun oyunları keçirilib.
Günün maraqla gözlənilən görüşü Fransada olub. PSJ öz meydanında Almaniyanın “Borussiya” (Dortmund) klubunu 2 cavabsız qolla məğlub edib.
Turnirin son qalibi “Mançester Siti” İngiltərədə qəbul etdiyi Serbiyanın “Srvena Zvezda” komandası üzərində əzmkar qələbə qazanıb.
İspaniya “Barselona”sı isə doğma arenasında Belçika klubu “Antverpen”i darmadağın edib.
Çempionlar Liqası
Qrup mərhələsi
19 sentyabr
E qrupu
“Latsio” (İtaliya) – “Atletiko” (İspaniya) 1:1
Qol: Provedel, 90+5 – Barrios, 29.
“Feyenoord” (Niderland) – “Seltik” (Şotlandiya) 2:0
Qollar: Stenqs, 45+2. Cahanbaxş, 76.
F qrupu
“Milan” (İtaliya) – “Nyukasl” (İngiltərə) 0:0
PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) 2:0
Qollar: Mbappe, 49-pen. Hakimi, 58.
G qrupu
“Yanq Boyz” (İsveçrə) – “Leypsiq” (Almaniya) 1:3
Qollar: Elia, 33 – Simakan, 3. Şlager, 73. Şeşko, 90+2.
“Mançester Siti” (İngiltərə) – “Srvena Zvezda” (Serbiya) 3:1
Qollar: X.Alvares, 47; 60. Rodri, 73 – Bukari, 45.
H qrupu
“Barselona” (İspaniya) – “Antverpen” (Belçika) 5:0
Qollar: J.Feliks, 11; 66. Levandovski, 19. Bataille, 22-öz qapısına. Qavi, 54.
“Şaxtyor” (Donetsk, Ukrayna) – “Portu” (Portuqaliya) 1:3
Qollar: Kelsi, 13 – Qaleno, 8; 15. Taremi, 29.