Vaxtilə Azərbaycan çempionatında xeyli rumın futbolçu top qovub. İndi isə Adrian Mutunun həmvətənlərindən kimsə gözə dəymir.

Futbolinfo.az bunun səbəbini 2011-2014-cü illərdə “Xəzər Lənkəran”da oynamış Adrian Pitdən soruşub: “Neftçi”nin transferləri kifayət qədər səviyyəli oyunçulardır. Hətta bəzilərini Azərbaycana aparmaları məni təəccübləndirdi. Çünki indiki məqamda, xüsusən də, Rumıniyadan futbolçu aparmaq asan iş deyil. Bunda Mutu amili vacib rol oynadı. Rumıniya klubları son illər oyunçulara yüksək məvaciblər verdiklərindən, futbolçular buradan Azərbaycan kimi ölkələrə getməyə can atmırlar. Klublar da uzunmüddətli müqavilələr bağlayırlar və oyunçularını ancaq yaxşı qiymətə satırlar. Başqa bir səbəb görmürəm. Əminəm ki, Mutu rumıniyalı oyunçular istəyib. Ancaq ya onların özləri, ya da klubları ilə maliyyə məsələsində razılaşa bilməyiblər”.

Pit Olimpiu Morutan və Marka Dzuqandziçin transferinin də buna görə alınmadığına əmindir: “Hər ikisi yüksək səviyyəli oyunçudur. Onlar təkcə “Neftçi”ni gücləndirməzdi, Azərbaycan çempionatına da əlavə rəng qatardılar. Ancaq fərqli qərar verdilər. Çox güman ki, daha sərfəli təklifi üstün tutublar”.

Shares: