Robert Levandovski tarixə düşdü. Dünən “Antverpen”lə oyunda onun vurduğu qol avrokuboklarda 100-cü topu idi.

Futbolinfo.az xəbər verir ki, “Barselona”nı hücumçusu Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda fərqləndi. 19-ci dəqiqədə belçikalıların qapısına vurduğu qolla polşalı forvard 100 qol həddinə çatan 3-cü şəxs oldu.

Dünənədək avrokuboklarda 100 qol həddinə çatna yalnız 2 oyunçu var idi. Hazırda Səudiyyə Ərəbistanında topp qovan Kriştianu Ronaldo 144 qolla rekordçudur. İndi MLS-də çıxış edən Lionel Messi isə 132 topla 2-ci pillədə qərarlaşıb.

Maraqlıdı ki, Levandovski bu yay peşəkar karyerasında vurduğu qol sayını 600-ə çatdırmaqla da tarixə düşmüşdü. 35 yaşlı hücumçu 21-ci əsrdə bunu reallaşdıran üçüncü oyunçu olmuş, 2017-ci ildə Ronaldonun, 2018-də isə Messinin çatdığı hədəfə nail olmuşdu.

Ən önəmli fakt isə “Xəzər Lənkəran”la bağlıdır. Robert ilk qolunu məhz Azərbaycan klubu ilə görüşdə vurub. Belə ki, Levandovski 2008-ci ildə ölkəsinin “Lex” komandasının heyətində UEFA Kubokunda (indiki Avropa Liqası) “Xəzər Lənkəran”la qarşılaşmada ilk peşəkar qoluna imza atıb. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk matçın 75-ci dəqiqəsində fərlənən polşalı komandasına qələbə qazandırmışdı. Levandovski həmin qolu Dmitri Kramarenkoya vurmuşdu.

Shares: