“Mançester Siti” yeni rekord müəyyənləşdirdi. “Şəhərlilər” bunu Çempionlar Liqasının ilk turunda reallaşdırdı.
Futbolinfo.az xəbər verir ki, İngiltərə çempionu “Srvena Zvezda” lə matçın ilk hissəsində məğlub olsa da, qapıya vurulan zərbə sayında turnirin ən yaxşı nəticəsinə imza atdı. Belə ki, mançesterlilər 22 dəfə rəqib qapısına zərbə endirdi ki, bu da 2013-cü ildə reallaşan rekordun yenilənməsi deməkdir. O zaman “Bayern” “Viktoriya”nın (Plzen) qapısını 21 dəfə yoxlamışdı.
Xatırladaq ki, serblər ilk hissəni üstün bitirsə də, “Mançester Siti” fasilədən sonra vəziyyəti dəyişib qələbə qazandı – 3:1.