Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) ölkə çempionatlarında oyunlara əlavə edilən vaxt sayına görə cədvəl müəyyənləşdirib.

Futbolinfo.az saytı xəbər verir ki, araşdırma dünyanın 72 liqası arasında aparılıb.

CİES-in araşdırdığı çempionatlar sırasında Misli Premyer Liqası da var. Ancaq çempionatımızda cari mövsümün ilk 5 turu nəzərdə tutulub və VI tura baxılmayıb. Araşdırmaya əsasən, APL-də keçirilən 24 oyunda ümumilikdə 98 dəqiqə 23 saniyə əlavə vaxta ehtiyac duyulub. Misli Premyer Liqası bu göstəriciyə görə 59-cu sıradadı.

Reytinqə Səudiyyə Ərəbistanı çempionatları liderlik edir. I Divizionda ümumilikdə 106 dəqiqə 52 saniyə, Pro Liqada isə 106 dəqiqə 2 saniyə əlavə vaxt oynanılıb. Qətər çempionatı 105 dəqiqə 40 saniyəlik əlavə vaxtla üçüncü pillədədir.

Shares: