“Srvena Zvezda”nın qapıçısı Omri Qleyzer rekord müəyyənləşdirib. Dünən “Mançester Siti” onun tarixə düşməsinə imkan yaradıb.

Futbolinfo.az xəbər verir ki, Çempionlar Liqasının ilk turu çərçivəsində baş tutan oyunun birinci hissəsində qapıya 22 zərbə endirən ingilislər rekord müəyyənləşdirmişdi. Qleyzer isə matç ərzində 13 seyvlə birinci olub. Daha öncəki rekord “Real”la oyunda 12 qurtarış edən “Qalatasaray” qapıçısı Fernando Musleraya aid idi.

Amma Qleyzerin qurtarışları Serbiya klubuna yardım etməyib. İlk hissədə 0:1 hesabıyla uduzan “Mançester Siti” fasilədən sonra dönüş etməyi bacarıb – 3:1.

Shares: