Fransanın “Olimpik” (Marsel) klubu baş məşqçisi Marselinonu istefaya göndərib.
Futbolinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi bu barədə rəsmi saytı vasitəsilə açıqlama yayıb.
58 yaşlı ispaniyalı və məşqçi korpusunda yer alan digər mütəxəssislər ilə yollar ayrılıb. Bu qərara Marselinonun son mətbuat konfransında səsləndirdiyi fikirlər səbəb olub. Fransa klubunun bəyanatında vurğulanıb ki, məşqçi rəhbərliyin lazımi şəraiti yarada bilmədiyinə dair açıqlama verdiyi üçün vəzifəsindən uzaqlaşdırılıb.
Xatırladaq ki, Marselino bu ilin iyulunda Marsel “Olimpik”inin baş məşqçisi təyin olunmuşdu.