İspaniyalı tennisçi Rafael Nadal Madrid “Real”ının prezidenti olmaq istəyi barədə sualı cavablandırıb.
“Belə bir arzum yoxdur, amma pis olmazdı. İndi bu barədə danışmağın mənası yoxdur, çünki ən yaxşı prezident (Florentino Peres) elə bizimkidir. Hər bir işin öhdəsindən yaxşı gəlməlisən, bunu bacarmırsansa, onunla məşğul olmamalısan”, – deyə Nadal “Marca”ya müsahibəsində qeyd edib.
Müsahibəsində Nadal Kilian Mbappeni “Real”da görməyi çox arzuladığını bildirib.
Qeyd edək ki, karyerası ərzində 22 dəfə “Böyük Dəbilqə” seriyalı turnirlərin çempionu olan ispan tennisçi “Malyorka” futbol klubunun səhmlərinin 10 %-nə sahibdir.